/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşları Türkiyədə müqavimət ölçmələri üzrə təlimdə olublar

08.05.2025

Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Müqavimət ölçmələri laboratoriyasının əməkdaşları Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunun nəzdində yerləşən (TÜBİTAK UME) İmpedans laboratoriyasında nəzəri-praktiki təlimdə iştirak ediblər.

Təlim çərçivəsində sabit (Direct Current - DC) və dəyişən (Alternating Current - AC) cərəyan müqavimətlərinin, o cümlədən tutum və induktivliyin ölçülməsi həyata keçirilib.

Bundan əlavə, teraommetr və supertermometlər vasitəsilə ölçmələr aparılıb, eləcə də LCR metrlər (inductance, capacite, resistance meters - induktivlik, tutum, müqavimət ölçən cihaz) və ommetrlərin kalibrlənməsi ilə bağlı praktiki təcrübələr əldə olunub.

Qeyd edək ki, bu silsilədən olan təlimlər AzMİ ilə TÜBİTAK UME arasında 2023-cü ildə imzalanan müqavilə çərçivəsində həyata keçirilir.

AzMİ əməkdaşları Türkiyədə müqavimət ölçmələri üzrə təlimdə olublar
AzMİ əməkdaşları Türkiyədə müqavimət ölçmələri üzrə təlimdə olublar