/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ ilə EURAMET nümayəndələri arasında onlayn görüş keçirilib

04.08.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Avropa Milli Metrologiya İnstitutları Assosiasiyasının (EURAMET) nümayəndələri arasında onlayn görüş keçirilib.

Görüş zamanı EURAMET çərçivəsində həyata keçirilən layihələr, cari il üzrə prioritet istiqamətlər və əməkdaşlıq perspektivləri müzakirə olunub. Eyni zamanda AzMİ-nin EURAMET-in "Metrologiya Tərəfdaşlığı" təşəbbüsündə iştirakı, birgə layihələrin hazırlanması, Texniki Komitələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı məlumat mübadiləsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Metrologiya İnstitutu EURAMET-in assosiativ üzvüdür və sözügedən təşkilatın müxtəlif fəaliyyət platformalarında iştirak etmək, elmi-tədqiqat və innovasiya layihələrinə qoşulmaq hüququna malikdir.

AzMİ ilə EURAMET nümayəndələri arasında onlayn görüş keçirilib
AzMİ ilə EURAMET nümayəndələri arasında onlayn görüş keçirilib