/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ mütəxəssisləri tərəfindən tibbi avadanlıqların attestasiyası və yoxlanılması aparılıb

02.12.2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun mütəxəssisləri tərəfindən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda termostat və fizioterapiya üzrə avadanlıqların attestasiyası, həmçinin ultrasəs müayinə (USM) və elektrokardioqraf (EKQ) aparatlarının yoxlanılması həyata keçirilib.

Belə ki, termostat sınaq avadanlığı etalon rəqəmsal termometr (testo 735) və K tipli termocüt, fizioterapiya avadanlıqları isə Millivoltmetr (B3-43) və Rəqəmsal volter (PB7-22A) cihazları vasitəsilə attestasiya edilib. Bundan əlavə, EKQ avadanlıqları “Defibrillator DP-600”, USM isə etalon kalibrator olan “Endoschopic phantom” (Model 570) ilə yoxlanılıb.

Görülən tədbirlərin məqsədi sözügedən tibbi avadanlıqların metroloji parametrlərinin normallaşdırılmış hədlərə uyğunluğunu müəyyən etməkdir. Bu proses sözügedən avadanlıqların düzgün və tələblərə uyğun işləməsini təmin etmək üçün həyata keçirilir.

Məlumat üçün bildirək ki, dövri yoxlama müddəti bitmiş ölçmə vasitələrinin nəticələri etibarsız sayıldığından onların istifadəsi qadağandır.