/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ-nin Tibb ölçmələri laboratoriyasında yeni kalibrlənmə sistemi qurulub

01.07.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Tibb ölçmələri laboratoriyasında Tibbi ultrasəs sistemləri üçün kalibrlənmə sistemi qurulub.

Yeni qurulan sistem tibb sahəsində istifadə olunan ultrasəs cihazlarının, xüsusilə fizioterapiya prosedurları, onkoloji müalicə (xərçəng terapiyası) prosesləri və damar kəsimlərində istifadə edilən ultrasəs avadanlıqlarının dəqiqliyinin təmin olunması üçün nəzərdə tutulub. Bu sistem vasitəsilə ultrasəs cihazlarının çıxış gücü və digər əsas parametrlərinin yüksək dəqiqliklə ölçülərək beynəlxalq standartlara uyğun şəkildə kalibrlənməsi mümkün olacaq.

Sözügedən sistemin qurulması Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) mütəxəssisləri tərəfindən həyata keçirilib. Məlumat üçün bildirək ki, TÜBİTAK UME ilə əməkdaşlıq çərçivəsində AzMİ-də yeni laboratoriyaların yaradılması və cihazların qurulması ilə yanaşı, əməkdaşlar üçün nəzəri və praktiki təlimlər həyata keçirilir.