/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ nümayəndələri Almaniyaya işgüzar səfər ediblər

22.09.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndələri Almaniya Federativ Respublikasına işgüzar səfər ediblər.

Səfər çərçivəsində "Frankonia Germany EMC Solutions GmbH" (Frankonia Group) şirkətində elektromaqnit uyğunluğu (EMC) ölçmələri üçün istifadə olunan cihazlara yerində baxış keçirilib. Sözügedən cihazların funksiyaları, iş prinsipi və istifadə qaydaları barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda ölçmə sxeminin qurulması, ölçmələr zamanı təhlükəsizlik qaydaları, ölçməyə təsir göstərə biləcək amillərin aradan qaldırılması yolları müzakirə olunub.

Səfər zamanı AzMİ əməkdaşlarının nəzəri-praktiki təlimdə iştirakı təmin olunub. Təlimdə elektromaqnit uyğunluğu cihazları ilə immunitet və keçirici ölçmələri aparılıb, əldə olunan nəticələr analiz edilib.

AzMİ nümayəndələri Almaniyaya işgüzar səfər ediblər
AzMİ nümayəndələri Almaniyaya işgüzar səfər ediblər