/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ nümayəndələri beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər

09.04.2025

Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov və baş direktorun müavini Azər Qurbanov “Sənayenin innovativ metroloji təminatının perspektivləri və onun aktual elmi-praktiki problemləri” mövzusunda III Beynəlxalq Elmi-Praktiki Konfransda iştirak ediblər.

Hibrid formada keçirilən konfransa ölkəmizlə yanaşı, Almaniya, Belarus, Norveç, Rusiya və Özbəkistandan müvafiq qurumların nümayəndələri qatılıblar.

Konfrans zamanı metrologiya və standartlaşdırma, sənayedə ölçmə vasitələrinin tətbiqi, metroloji təminatın təşkili, məhsul və xidmətlərin keyfiyyəti, kvant metrologiyası və süni intellekt sistemləri kimi aktual istiqamətlər üzrə panel müzakirələri təşkil olunub.

Bundan əlavə, A.Qurbanovun “Metroloji təminatın təşkili” mövzusunda təqdimatı dinlənilib, metrologiyanın keyfiyyət infrastrukturundakı rolu, metroloji təminatın məqsədləri və faydaları barədə məlumat verilib.

Yekunda sözügedən sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

AzMİ nümayəndələri beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər
AzMİ nümayəndələri beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər