/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ nümayəndələri Çin Xalq Respublikasına işgüzar səfər ediblər

03.10.2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndələri Çin Xalq Respublikasının Pekin şəhərinə işgüzar səfər ediblər.

Səfər çərçivəsində AzMİ-nin əməkdaşları Çin Milli Metrologiya İnstitutu (National Institute of Metrology of China - NIM) tərəfindən təşkil olunan Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) “Akustika, ultrasəs, vibrasiya üzrə Texniki Komitəsi”nin 18-ci iclasında iştirak ediblər.

İclasda COOMET-in 2023-cü il üçün illik hesabatı, NIM-in akustika, ultrasəs və vibrasıya laboratoriyalarına dair məlumatlar, eləcə də görüş iştirakçılarının təqdimatları nümayiş etdirilib. Daha sonra Texniki Komitə qərarlarının icrası və mövcud vəziyyət, həmçinin üzv ölkələrin sahə üzrə təcrübələrinin artırılması məqsədilə praktiki təlimlərin təşkili haqqında müzakirələr aparılıb.

Bundan əlavə, AzMİ-nin nümayəndələri ilə NIM-in rəhbər heyəti arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı qurumlar arasında metrologiyanın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin qurulması, birgə elmi-tədqiqat işlərinin və elmi-texniki layihələrin həyata keçirilməsi, metroloji izlənilmənin təmin edilməsi, ilkin etalonların tutuşdurulması, standart nümunələrin hazırlanması, metroloji xidmətlərin elektronlaşdırılması, həmçinin mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi proqramlarına cəlb edilməsi istiqamətində müzakirələr aparılıb.

Sonda ikitərəfli səmərəli əlaqələrin qurulması məqsədilə İnstitutlar arasında Anlaşma Memorandumunun hazırlanması və imzalanmasına dair təmasların davam etdirilməsi üzrə razılıq əldə olunub.