/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ nümayəndələri COOMET-in “İnformasiya və təlim” Texniki Komitəsinin iclasında iştirak ediblər

25.12.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşları Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) “İnformasiya və təlim” Texniki Komitəsinin 22-ci iclasında iştirak ediblər.

Onlayn formatda təşkil olunan iclasa ölkəmizlə yanaşı, Belarus, Çin, Qazaxıstan, Qırğızıstan, Rusiya, Slovakiya, Tacikistan və Özbəkistan milli metrologiya qurumlarının nümayəndələri, habelə Beynəlxalq Çəkilər və Ölçülər Büronun (BIPM) müvafiq sahə üzrə əməkdaşları qatılıblar.

İclas zamanı AzMİ-də təlim və informasiya sahəsində görülən işlər, tətbiq edilən yanaşmalar və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Bildirilib ki, kadr potensialının inkişafı və istifadə olunan informasiya resurslarının təkmilləşdirilməsi istiqamətində mütəmadi işlər görülür.

Bundan əlavə, BIPM və regional metrologiya təşkilatları arasında təcrübə mübadiləsinin təşkili istiqamətində görülən işlər, COOMET çərçivəsində reallaşdırılan təlim proqramları, eləcə də növbəti dövr üçün planlaşdırılan tədbirlər ətrafında geniş müzakirələr aparılıb.

Qeyd: Azərbaycan Metrologiya İnstitutu 2007-ci ildən COOMET-də ölkəmizi həqiqi üzv qismində təmsil edir. Sözügedən təşkilatla əməkdaşlıq fiziki kəmiyyət vahidləri etalonları, qanunverici metrologiya, kalibrlənmə və ölçmə imkanlarının beynəlxalq tanınması üçün tutuşdurmalarda iştirak, keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi, texniki komitələrdə fəaliyyət və mütəxəssis hazırlığı istiqamətlərini əhatə edir.

AzMİ nümayəndələri COOMET-in “İnformasiya və təlim” Texniki Komitəsinin iclasında iştirak ediblər
AzMİ nümayəndələri COOMET-in “İnformasiya və təlim” Texniki Komitəsinin iclasında iştirak ediblər