/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ nümayəndəsi COOMET-in Etalonlar üzrə Birgə Komitəsinin iclasında iştirak edib

24.12.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktorunun müavini Azər Qurbanov Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) Etalonlar üzrə Birgə Komitəsinin 29-cu iclasında iştirak edib.

Hibrid formatda keçirilən iclasda Etalonlar üzrə Birgə Komitənin, həmçinin “Qanunverici metrologiya”, “İnformasiya və təlim” Texniki Komitələrinin, eləcə də COOMET-in Keyfiyyət Forumunun nümayəndələri iştirak ediblər.

İclas zamanı COOMET-in Keyfiyyət Forumunun sədri A. Qurbanov COOMET-ə üzv milli metrologiya institutlarının beynəlxalq standartlara (ISO/IEC 17025 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” və ISO 17034 “Standart nümunələrin istehsalçıların səriştəliliyinə dair tələblər”) uyğunluğunun qiymətləndirilməsi, 2026-cı ildə nəzərdə tutulan xarici auditlər, eləcə də auditorlar bazasının genişləndirilməsi, planlaşdırılan dəyişikliklər və yeniliklər barədə çıxış edib.

İclas çərçivəsində “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişin (CIPM MRA) icrası, Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) rəqəmsal xidmətləri və elektron təlim platforması, “Regional Metrologiya Təşkilatları və BIPM-in Birgə Komitəsi”nin (JCRB) 49-cu iclasının nəticələri, eləcə də regionlararası əməkdaşlıq məsələləri müzakirə olunub.

Bundan əlavə, COOMET-in Etalonlar üzrə Birgə Komitəsinin və Texniki Komitə rəhbərlərinin illik hesabatları, Keyfiyyət Forumu tərəfindən görülmüş işlər, həmçinin BIPM-in əsas tutuşdurma məlumat bazasında (KCDB) dərc olunmuş kalibrlənmə və ölçmə imkanlarının (CMC) monitorinqi  barədə çıxışlar dinlənilib.

AzMİ nümayəndəsi COOMET-in Etalonlar üzrə Birgə Komitəsinin iclasında iştirak edib
AzMİ nümayəndəsi COOMET-in Etalonlar üzrə Birgə Komitəsinin iclasında iştirak edib