/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi tədbirlərini davam etdirir

04.07.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektlərində istifadə olunan ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi ilə bağlı işlər davam etdirilir. Bu çərçivədə növbəti metroloji xidmət “Səhliyalı” kiçik müəssisəsində həyata keçirilib.

Belə ki, AzMİ mütəxəssisləri tərəfindən sözügedən müəssisədə istismarda olan analitik və elektron laboratoriya tərəzilərinin etalon çəki daşları vasitəsilə kalibrlənməsi yerinə yetirilib. Bundan əlavə, Testo 735-1 rəqəmsal termometri və K tipli termocüt vasitəsilə avtoklav, termostat və quruducu soba kimi cihazların, o cümlədən F1 sinfinə aid etalon çəki daşları ilə nəmlik ölçənin, standart məhlullarla isə spektrofotometr, pH-metrlərin yoxlanılması icra olunub.

Qeyd edək ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölçmə vasitələri istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilməlidir.