/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ sahibkarlarla əməkdaşlığın inkişafı istiqamətində tədbirlərini davam etdirir

14.10.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) sahibkarlarla əməkdaşlığın gücləndirilməsi, yerli biznes subyektləri ilə səmərəli tərəfdaşlıqların qurulması və metroloji infrastrukturun inkişafında özəl sektorla birgə fəaliyyətin təşviqi istiqamətində tədbirlərini davam etdirir.

Bu məqsədlə AzMİ-nin baş direktorunun müavini Madar Quliyev Marsol Group partnyorları ilə birgə “Halal P” şirkətində keçirilən görüşdə iştirak edib. Görüş zamanı iştirakçılara AzMİ-nin fəaliyyət istiqamətləri, laboratoriya infrastrukturu və təqdim etdiyi metroloji xidmətlər barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində sahibkarlarla əməkdaşlıq perspektivləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanlarına nəzər salınıb.

AzMİ sahibkarlarla əməkdaşlığın inkişafı istiqamətində tədbirlərini davam etdirir
AzMİ sahibkarlarla əməkdaşlığın inkişafı istiqamətində tədbirlərini davam etdirir