AzMİ tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus çəki daşlarının kalibrlənməsi və yoxlanılması həyata keçirilib
13.08.2025Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) inspeksiya orqanı və kalibrlənmə laboratoriyası Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunaraq, ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi sahəsində xidmətlərin göstərilməsi hüququna malikdir.
Bu çərçivədə, “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciəti əsasında AzMİ-nin Kütlə və həcm ölçmələri laboratoriyasında sözügedən QSC-yə məxsus vaqon tərəzilərində istifadə olunan M sinifli, hər birinin ölçmə həddi 2 000 kq olan 40 ədəd çəki daşının kalibrlənməsi və dövri yoxlanılması həyata keçirilib.
Qeyd edək ki, aparılan kalibrlənmə və yoxlanılma işləri vaqon tərəzilərinin tam işlək vəziyyətdə saxlanılması, ölçmələrin izlənəbilənliyinin təmin edilməsi və etibarlı nəticələrin əldə olunmasına xidmət edəcək.
Göstərilən platformalarda paylaş: