/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ və “AzerGold” arasında əməkdaşlıq istiqamətində görüş keçirilib

15.04.2025

Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə “AzerGold” QSC arasında əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş işgüzar görüş keçirilib.

Görüş zamanı AzMİ-nin fəaliyyət istiqamətləri, ölçmə və kalibrlənmə imkanları, eləcə də sahibkarlıq subyektləri üçün təklif olunan metroloji xidmətlər barədə ətraflı məlumat verilib. Həmçinin cari il və qarşıdakı dövr üçün planlaşdırılan işlər, texniki bazanın yenilənməsi və inkişaf strategiyaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində “AzerGold” QSC-nin nümayəndələri tərəfindən müəssisənin texniki ehtiyacları və ölçmə dəqiqliyinə dair tələbləri barədə məlumat verilib, bu sahədə AzMİ ilə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Daha sonra İnstitutun kütlə, mayelərin kinematik özlülüyü, temperatur, mayelərin sıxlığı, vaxt və tezlik laboratoriyalarına baxış keçirilib.  Qarşı tərəfə laboratoriyalarda görülən işlər, o cümlədən tətbiq olunan beynəlxalq standartlar haqqında məlumat təqdim edilib.