Baku Steel Company-də avadanlıqların metroloji yoxlanılması həyata keçirilib
14.05.2025Azərbaycan Metrologiya İnstitutunun mütəxəssisləri tərəfindən “Baku Steel Company” QSC-də bir sıra sınaq və ölçmə avadanlıqlarının yoxlanılması və kalibrlənməsi həyata keçirilib.
Belə ki, elektron dinamometr vasitəsilə 440 KN, 600 KN və 1000 KN güc diapazonuna malik sınaq maşınlarının kalibrlənməsi yerinə yetirilib.
Eyni zamanda, F1 sinfinə aid etalon çəki daşları vasitəsilə maksimum 80 qram çəki diapazonuna malik analitik tərəzilərin dəqiqliyi də yoxlanılıb.
Bundan əlavə, Testo 735 tipli rəqəmsal termometri və K tipli termocüt vasitəsilə Mufel sobasının 1000° C temperaturda düzgün işləmə qabiliyyəti yoxlanılıb.
Qeyd edək ki, bu tədbirlərin həyata keçirilməsi müəssisələrdə istismarda olan avadanlıqların dəqiqliyinin və texniki etibarlılığın təmin olunması məqsədini daşıyır.
Göstərilən platformalarda paylaş: