“Caspian Energy Club”ın nümayəndələri AzMİ-nin laboratoriyaları ilə tanış olublar
10.02.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) “Caspian Energy Club”ın nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı AzMİ-nin laboratoriya infrastrukturu, göstərilən metroloji xidmətlər, yerli və beynəlxalq səviyyədə həyata keçirilən layihələr, həmçinin “Caspian Energy Club”ın fəaliyyəti, missiyası və üzv şirkətləri ətrafında məlumat mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində gələcəkdə mümkün əməkdaşlıq imkanları, eləcə də sözügedən biznes asossasiyasına üzv olan şirkətlərin AzMİ-nin laboratoriyaları ilə tanışlıq və təklif olunan metroloji xidmətlərdən faydalanması məsələlərinə nəzər salınıb.
Sonda AzMİ-nin nəzdində olan laboratoriyalara və burada istifadə olunan müasir avadanlıqlara baxış keçirilib.
Göstərilən platformalarda paylaş: