Çinin milli metrologiya qurumu ilə əməkdaşlıq imkanları müzakirə edilib
28.11.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Çin Xalq Respublikasının Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası (State Administration for Market Regulation - SAMR) və Milli Metrologiya İnstitutunun (National Institute of Metrology - NIM) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə AzMİ-nin rəhbər heyəti ilə yanaşı, Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin və Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri iştirak ediblər.
Görüş çərçivəsində AzMİ-nin fəaliyyət istiqamətləri, ölçmə və kalibrlənmə imkanları və beynəlxalq əməkdaşlıqları barədə ətraflı məlumat təqdim edilib, yeni istifadəyə verilmiş və müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalara diqqət çəkilib.
Həmçinin görüş zamanı NIM-in dəstəyi ilə AzMİ-də müvafiq laboratoriyaların yaradılması, qarşılıqlı təlim mübadiləsi imkanları, elmi layihələrdə birgə iştirak perspektivləri müzakirə edilib. Bu xüsusda NIM ilə imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) çərçivəsində əməkdaşlıq, eləcə də “Bir Kəmər və Bir Yol Təşəbbüsü” ilə təşkil olunan seminarlara dair fikir mübadiləsi aparılıb.
Daha sonra AzMİ-nin etalon laboratoriyalarına baxış keçirilib, burada fəaliyyətin təşkili və tətbiq olunan müasir ölçmə texnologiyaları barədə məlumat verilib.
Göstərilən platformalarda paylaş: