/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

COOMET-in “Fotometriya və radiometriya” mövzusunda onlayn iclası keçirilib

18.10.2024

Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Regional Əməkdaşlığı Təşkilatının (COOMET) “Fotometriya və radiometriya” üzrə Texniki Komitəsinin 20-ci iclası keçirilib.

Çin, Qazaxıstan, Moldova, Rusiya, Slovakiya və Özbəkistandan olan mütəxəssislərin iştirak etdiyi iclasa ölkəmizdən Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Etalon mərkəzinin müdiri Şəhla Musayeva qatılıb.

İclas zamanı iştirakçılara AzMİ-nin yaxın zamanda açılışı nəzərdə tutulan fotometrik ölçmələri üzrə etalon laboratoriyası, eləcə də müvafiq sahədə kadr potensialının artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Həmçinin iclasda spektral şüalanma və müntəzəm keçiricilik, dalğalarda lazer gücünün həssaslığı, rəng ötürücülüyü, yansıtıcı nümunələrin diffuz qabiliyəti ilə bağlı çıxışlar dinlənilib.

Sonda COOMET-in “Fotometriya və Radiometriyada Əsas Müqayisələri” proqramı, CMC fəaliyyətləri və yeni layihələr haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, fotometrik ölçmələri üzrə etalon laboratoriyasının “Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu” (TÜBİTAK UME) ilə Azərbaycan Metrologiya İnstitutu arasında imzalanan Anlaşma Memorandumuna əsasən yaradılması nəzərdə tutulub.

COOMET-in “Fotometriya və radiometriya” mövzusunda onlayn iclası keçirilib
COOMET-in “Fotometriya və radiometriya” mövzusunda onlayn iclası keçirilib