/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları AzMİ-nin laboratoriyaları ilə tanış olublar

05.11.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə görüş keçirilib.

Görüşdə Nazirliyin Milli Hidrometeorologiya Xidməti, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi, Geodeziya və Kartoqrafiya Agentliyi və “Azelab” MMC-nin mütəxəssisləri iştirak ediblər.

Görüş zamanı AzMİ-nin laboratoriya infrastrukturu, laboratoriyaların ölçmə və kalibrlənmə imkanları, beynəlxalq əməkdaşlıqlar, eləcə də burada təqdim olunan metroloji xidmətlər barədə ətraflı məlumat verilib. Həmçinin tərəflər arasında ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi sahəsində mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Daha sonra AzMİ-nin vaxt və tezlik, elektromaqnit çirklənməsi, paylanma parametrləri və radiotezlik gücü, ilkin nəmlik və temperatur ölçmələri laboratoriyalarına baxış keçirilib. Laboratoriyalarda aparılan yoxlanılma və kalibrlənmə prosesləri, eləcə də istifadə olunan etalon ölçmə vasitələri barədə ətraflı məlumat təqdim olunub.

Qeyd edək ki, vaxt və tezlik, elektromaqnit çirklənməsi, paylanma parametrləri və radiotezlik gücünün ölçmələri laboratoriyalarında ölçmə vasitələrinin tezlik, vaxt intervalı üzrə yoxlanılması və kalibrlənməsi, elektromaqnit çirklənməsi üzrə sınaq işləri, habelə siqnal gücü və paylanma parametrləri (S-parametrləri) üzrə yoxlanılmalar həyata keçirilir.