Azərbaycan Metrologiya İnstitutunun əməkdaşı COOMET Keyfiyyət Forumunda iştirak edib
01.10.2019Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunda (TÜBİTAK UME) COOMET TK 3.1 – “Keyfiyyət Forumunun Texniki Komitəsi”nin növbəti iclası keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) COOMET Katibi və Keyfiyyət Sistemi üzrə koordinator Ramiz Həsənov təmsil edib.
Tədbir çərçivəsində Rusiya, Ukrayna, Belarusiya, Qazaxıstan və digər ölkələrin milli metrologiya institutlarının nümayəndələri "Keyfiyyət Menecment Sistemləri" üzrə təqdimatlarla çıxış ediblər. Bu təqdimatlar səsvermə yolu ilə qəbul olunub və təqdimatlarda qeyd olunan məlumatların COOMET nəzdində fəaliyyət göstərən Komissiya üzvlərindən ibarət beynəlxalq ekspertlər tərəfindən yoxlanılması qərara alınıb.
Ekspert qiymətləndirməsi nəticələrinin müsbət olması halında, təqdim edilən sistemlərin ISO/IEC 17025:2017 və ISO 17034 beynəlxalq standartlarına uyğunluğu əsasında akkreditə olunması üçün materialların Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM - International Bureau of Weights and Measures) müvafiq qurumuna – Andress Odin rəhbərliyi altında təqdim edilməsi planlaşdırılır. Bu məqsədlə iştirakçı ölkələrə 2020-ci ilin iyul ayına qədər vaxt verilib.
Göstərilən platformalarda paylaş: