/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Metrologiya sahəsində fəaliyyət göstərən əməkdaşlar üçün təlim keçirilib

29.04.2025

Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) “Ölçmələrin qeyri-müəyyənliyinin qiymətləndirilməsi və statistik modernləşdirmə” mövzusunda təlim keçirilib. “AzMİ Akademiya” layihəsi çərçivəsində təşkil olunan təlimdə İnstitut əməkdaşları və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri ilə yanaşı bir sıra sahibkarlıq subyektlərinin əməkdaşları da iştirak ediblər.

Təlim zamanı ölçmə metodları və onların tətbiqi, etalon nümunələr vasitəsilə ölçmənin aparılması, temperatur kəmiyyət vahidinin yenidən təyin edilməsi, qeyri-müəyyənliyi azaltmaq üçün istifadə olunan üsullar barəsində ətraflı məlumat verilib.

Qeyd edək ki, sözügedən təlimlərin keçirilməsində məqsəd ölkəmizdə metrologiya sahəsində çalışan və ya təhsil alan şəxslərin nəzəri-praktiki bilik və bacarıqlarının artırılmasını təmin etməkdir.