Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Metrologiya İnstitutunda tədbir keçirilib
13.06.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Öncə İnstitutun inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub və əziz xatirəsi dərin ehtiramla anılıb.
Daha sonra tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən AzMİ-nin baş direktoru Xamis Seyranov əlamətdar günün tarixi əhəmiyyəti, eləcə də Ümumilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri barədə danışıb. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı respublikadakı ictimai-siyasi sabitliyin bərpa edilməsi və ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə nəticələnib.
Sonda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Göstərilən platformalarda paylaş: