/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“Ölçmələrin ümumi məsələləri” üzrə Texniki Komitənin iclası keçirilib

29.10.2024

Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Regional Əməkdaşlığı Təşkilatının (COOMET) “Ölçmələrin ümumi məsələləri” üzrə Texniki Komitəsinin 18-ci iclası keçirilib.

Hibrid formada keçirilən iclasda Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Rusiya və Özbəkistanın milli metrologiya qurumlarının nümayəndələri iştirak ediblər.

İclas zamanı Texniki Komitənin 2023-2024-cü illərdəki fəaliyyətinə dair hesabat, eləcə də COOMET-in yenilənmiş tövsiyə sənədləri, Texniki Komitə və Prezident Şurasının qərarları ilə bağlı çıxışlar dinlənilib.

Həmçinin COOMET-ə üzv ölkələrdə ölçmə vasitələrinin kalibrlənməsinin rəqəmsallaşdırılması, bu sahədə vahid konsepsiyanın hazırlanması, ölçmə nəticələrinin işlənməsi və qeyri-müəyyənliyin qiymətləndirilməsi üçün yeni alqoritmlərin yaradılması müzakirə edilib. Bundan əlavə, əsas tutuşdurmalara dair məlumatların qiymətləndirilməsi üçün təlimatın tərtib edilməsi və gündəlikdə duran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Texniki Komitənin iş proqramının formalaşdırılması, elektron tədris platformasının imkanları və COOMET-də yeni təlim kurslarının yaradılmasına dair müzakirələr aparılıb.

“Ölçmələrin ümumi məsələləri” üzrə Texniki Komitənin iclası keçirilib
“Ölçmələrin ümumi məsələləri” üzrə Texniki Komitənin iclası keçirilib