Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AzTV-nin əməkdaşları AzMİ laboratoriyaları ilə tanış olublar
07.03.2025Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) əməkdaşları ilə görüş keçirilib.
Görüş çərçivəsində AzMİ-nin yeni yaradılan Paylanma parametrləri və radiotezlik gücünün ölçmələri, həmçinin Vaxt və tezlik ölçmələri laboratoriyalarına baxış keçirilib.
Görüş zamanı laboratoriyalardakı cihazların ölçmə və kalibrlənmə imkanları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, AzMİ-nin Paylanma parametrləri və radiotezlik gücünün ölçmələri laboratoriyasında aviasiya, müdafiə sənayesi, telekommunikasiya və mobil rabitə sistemlərində istifadə olunan ölçmə vasitələrinin kalibrlənməsi işləri aparılır. Qeyd olunub ki, ölçmə intervalı 100 kHz - 50 GHz olan sözügedən laboratoriyada radiotezlik cihazlarının yansıma və ötürmə nisbətlərinin (S-parametrləri) ölçülməsi həyata keçirilir.
Sonda qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AzMİ tərəfindən göstərilən ölçmə və kalibrlənmə xidmətləri ilə rabitə sistemlərinin dəqiqliyinin, eləcə də yüksək tezlikli cihazlar istehsal edən sənaye məhsullarının etibarlılığının təmin olunmasına imkan yaranır.
Göstərilən platformalarda paylaş: