/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Sahibkarlar üçün “Metroloji təminat” mövzusunda təlim keçirilib

26.05.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən həyata keçirilən “AzMİ Akademiya” layihəsi çərçivəsində metrologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün növbəti təlim təşkil olunub. Belə ki, AzMİ əməkdaşlarının da iştirak etdiyi budəfəki təlim “Metroloji təminat” mövzusunda baş tutub.

Təlim zamanı istehsalatda metroloji prinsiplər, ölçmə vasitələrinin metroloji təminatı, tipin təsdiqi, texniki və normativ sənədlər, eləcə də temperatur ölçmə vasitələrinin metroloji təminatı mövzularında ətraflı məlumat verilib.

Qeyd edək ki, “AzMİ Akademiya” layihəsi çərçivəsində metrologiya sahəsində çalışan mütəxəssislər və bu sahədə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində təlimlərin təşkili davam etdiriləcəkdir.