/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Sahibkarlarla metroloji xidmətlər üzrə dialoq görüşü keçirilib

13.03.2025

Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyanın birgə təşkilatçılığı ilə sahibkarlarla B2G (Business to Government) dialoq görüşü keçirilib.

Görüş zamanı AzMİ-nin nəzdində fəaliyyət göstərən sınaq və yoxlanılma laboratoriyaları ilə bağlı videoçarx nümayiş etdirilib. Daha sonra sahibkarlara İnstitutun fəaliyyət istiqamətləri, mövcud infrastruktur, ölçmə və kalibrlənmə imkanları, o cümlədən metroloji xidmətin zəruri olduğu sahələr və beynəlxalq əməkdaşlıqlar haqqında məlumat verilib.

Görüş çərçivəsində sahibkarların təklifləri dinlənilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, AzMİ tərəfindən metroloji xidmətlərlə bağlı sahibkarların məlumatlılığının artırılması, eləcə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə dialoq görüşləri davam etdiriləcək.