“Scandens Pharmaceutical Industried” MMC-nin nümayəndələri ilə görüş keçirilib
20.06.2025Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) “Scandens Pharmaceutical Industried” MMC-nin nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı yeni əczaçılıq zavodunda quraşdırılacaq avadanlıqların yoxlanılması və kalibrlənməsi məsələləri müzakirə olunub. Bundan əlavə, qonaqlara AzMİ-nin Tibb ölçmələri laboratoriyasının fəaliyyəti və həyata keçirdiyi metroloji xidmətlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, sözügedən laboratoriyada bütün növ tibbi avadanlıqların yoxlanılması və kalibrlənməsi sahə üzrə ixtisaslaşmış peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan Metrologiya İnstitutu tibb və digər sahələrdə təhlükəsiz və keyfiyyətli infrastrukturun inkişafını təmin etmək üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.
Göstərilən platformalarda paylaş: