Səhiyyə sahəsində ölçmələrin vəhdətinin təmin edilməsi mövzusunda iclas keçirilib
04.11.2024“Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Avro-Asiya Şurası”nın (EASC) Metrologiya Elmi-Texniki Komissiyası (НТКМетр) İşçi Qrupunun 10-cu iclası keçirilib.
Onlayn formatda keçirilən iclasda Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın standartlaşdırma, metrologiya və sertifikatlaşdırma qurumlarının nümayəndələri iştirak ediblər.
İclas zamanı üzv ölkələrdə son bir ildə səhiyyə sahəsində ölçmələrin vəhdətinin təmin edilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib.
Bundan əlavə, səhiyyə sahəsində istifadə olunan cihazlarla bağlı təlimatın hazırlanması, ISO 15189:2022 “Tibbi laboratoriyalar əsasında dövlətlərarası standartların hazırlanması haqqında. Keyfiyyət tələbləri və səriştəri”, IEC 60601-2-25:2011 “Tibbi elektrik cihazları. Elektrokardioqraflar üçün əsas funksional xüsusiyyətləri nəzərə alaraq xüsusi təhlükəsizlik tələbləri”, o cümlədən bu sahədə həyata keçirilən dövlət tənzimlənməsi ilə bağlı müzakirələr aparılıb.
Sonda Rusiya Federasiyasının standartlaşdırma üzrə Texniki Komitəsi “Klinik Laboratoriya tədqiqatları və diaqnostik test sistemləri” əsasında EASC-nin Texniki Komitəsinin yaradılması təklif olunub.
Göstərilən platformalarda paylaş: