TÜBİTAK UME-nin direktor müavini AzMİ-də seminar keçib
10.03.2025Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) “Vaxt və tezlik metrologiyası və tətbiqi metodları” mövzusunda seminar təşkil olunub.
Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) direktor müavini Ramiz Hamid tərəfindən keçirilən seminarda AzMİ əməkdaşları ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri iştirak ediblər.
Seminar çərçivəsində vaxt və tezlik ölçmələrinin tətbiq sahələri, optik və müasir atom saatları, UTC-nin (Coordinated Universal Time - Koordinasiyalı Ümumdünya Vaxtı) formalaşması, həmçinin TÜBİTAK UME-nin bu sahədə fəaliyyəti haqqında geniş məlumat təqdim olunub. Bundan əlavə, AzMİ-nin yeni yaradılan Vaxt və tezlik ölçmələri laboratoriyasında görülən işlərlə bağlı məlumat verilib.
Seminarın yekununda iştirakçıların sualları cavablandırılıb.
Göstərilən platformalarda paylaş: