Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları AzMİ-nin laboratoriyaları ilə tanış olublar
10.04.2025Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşları ilə görüş keçirilib.
Görüş zamanı AzMİ-nin fəaliyyət istiqamətləri, kalibrlənmə və yoxlanılma imkanları, eləcə də İnstitutun təkmilləşdirilən laboratoriya infrastrukturu haqqında ətraflı məlumat verilib.
Görüş çərçivəsində Radiotezlik gücünün və paylanma parametrlərinin ölçmələri laboratoriyasına, o cümlədən vaxt və tezlik, fotometrik, həcm, müqavimət, temperatur ölçmələri, habelə kütlə və ionlaşdırıcı şüalanma üzrə etalon laboratoriyalarına baxış keçirilib.
Sonda qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Məlumat üçün bildirək ki, AzMİ-nin Radiotezlik gücünün və paylanma parametrlərinin ölçmələri laboratoriyasının ölçmə intervalı 100 kHz–50 GHz aralığındadır. Laboratoriyada radiotezlik cihazlarının yansıma və ötürmə nisbətləri müasir avadanlıqlarla ölçülür.
Göstərilən platformalarda paylaş: