|
Etalonun adı |
1 kg diapazonunda Dövlət ilkin kütlə kəmiyyət vahidi etalonu |
|
Ölkə |
Azərbaycan Respublikası |
|
Ölçmə sahəsi |
Kütlə ölçmələri |
|
Təsdiq edilməsi haqqında sənəd və tarixi |
Sertifikat № 002/26, 23 aprel 2026-cı il |
|
Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının reyestrindəki nömrəsi |
AZ 031.DİE.002-26 |
|
Saxlanılma yeri |
“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin Kütlə və həcm ölçmələri laboratoriyası |
|
Cavabdeh olan şəxs Elektron poçt |
Mütəllimova Günel Qudbəddin qızı gunel.mutellimova@metrology.gov.az |
|
Müvafiq sənədlər |
OIML R 111-1 İnternational Recommendation |
Azərbaycan Respublikasının 1 kg diapazonunda Dövlət ilkin kütlə kəmiyyəti vahidi etalonunun tərkibi aşağıdakı komparator və çəki daşından ibarətdir:
Çəki daşı:
- E1 etalon çəki daşı 1 kg – 1 ədəd;
Kütlə komparatoru:
- AX 1005 (Mettler Toledo, İsveçrə) kütlə komparatoru;
|
Kəmiyyət vahidinin nominal qiyməti və ya ölçmə diapazonu |
1 kg; |
|
Qeyri-müəyyənlik, k=2 |
1 kg; U= 0.150 mg |
|
Tətbiq sahəsi |
Dövlət ilkin kütlə kəmiyyəti vahidi etalonu “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin Kütlə ölçmələri laboratoriyasında “Kütlə kəmiyyəti vahidinin Dövlət etalonunun saxlanması və tətbiqi qaydalarına” əsasən saxlanılır və tətbiq edilir. E1 sinifli İlkin etalon Kiloqramın Beynəlxalq Prototipindən alınmış dəyərlərlə kütlə kəmiyyət vahidinin E2 sinfinə ötürülməsi və daha sonra aşağı sinif çəki daşlarının izlənilməsini təmin etmək üçün nəzərdə tutulmuşdur. |
|
Təsviri |
Dövlət ilkin kütlə kəmiyyəti vahidi etalonunun tərkibinə daxil olan çəki daşları OIML-R-111-in tələblərinə uyğun olaraq yüksək keyfiyyətli paslanmayan poladdan və kütlənin təhlükəsiz saxlanmasını və daşınmasını təmin edən formada hazırlanmışdır. |