“AzMİ Akademiya” tərəfindən müxtəlif ölçmə sahələri və beynəlxalq standartlar üzrə kurslar təşkil olunur
30.09.2024Ölkəmizdə fəaliyyət göstərən müəssisələrin metrologiya sahəsi üzrə çalışan mütəxəssisləri üçün Azərbaycan Metrologiya İnstitutunun tərkibində fəaliyyət göstərən “AzMİ Akademiya” tərəfindən 2024-cü il ərzində müxtəlif ölçmə sahələri və beynəlxalq standartlar üzrə kurslar təşkil olunur.
Belə ki, “AzMİ Akademiya” tərəfindən AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyaların səlahiyyətliliyinə dair ümumi tələblər” mövzusunda, o cümlədən müxtəlif ölçmə sahələri və beynəlxalq standartlar üzrə digər müvafiq mövzularda kurslar təşkil edilir. Sözügedən kurslar işə buraxılışa icazəni təmin edən sertifikatların əldə edilməsi ilə yekunlaşır.
Əməkdaşların təşkil olunacaq kurslarda iştirak etməsi ilə bağlı müəssisə tərəfindən müraciət edildiyi təqdirdə təlim-tədris prosesinin rəsmiləşdirilməsi üçün müqavilə və müqaviləyə əlavə razılaşma protokolu tərtib olunaraq təqdim olunur. Təlimlər 30 saatlıq proqram üzrə keçirilir.
“AzMİ Akademiya” tərəfindən keçirilən kurslar barədə daha ətraflı məlumat almaq və iştirak etmək istəyən müəssisələr və onların nümayəndələri (+994) 12 514 96 05 (daxili 122, 186) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Göstərilən platformalarda paylaş: