/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Bosniya və Hersoqovina Metrologiya İnstitutunun nümayəndəsi tərəfindən AzMİ-də təlim keçiriləcək

17.11.2025

📅 2 dekabr 2025-ci il tarixində Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Bosniya və Hersoqovina Metrologiya İnstitutu direktorunun Elmi metrologiya üzrə köməkçisi prof. Zijad Džemićin iştirakı ilə təlim keçiriləcək.

🎯 Təlim mövzuları:

🔹 Qlobal keyfiyyət infrastrukturu

🔹 Ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi

🔹 ISO/IEC 17020 və ISO/IEC 17025 standartları

📌 Təlim ödənişlidir

📞 (012) 514 96 06 (daxili: 5646)

📧 azmi.akademiya@metrology.gov.az

AzMİ Akademiya çərçivəsində təşkil olunan təlim beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl yanaşmaların mənimsənilməsi və praktiki biliklərin artırılması məqsədini daşıyır.

Məlumat üçün bildirək ki, prof. Zijad Džemić 13 il Bosniya və Herseqovina Metrologiya İnstitutunun baş direktoru vəzifəsində çalışıb. O, Milli Metrologiya İnstitutlarının Avropa Assosiasiyasının (EURAMET) Direktorlar Şurasının, Qanunverici Metrologiya üzrə Avropa Əməkdaşlığının (WELMEC) İcraiyyə Şurasının, Qanunverici Metrologiya üzrə Beynəlxalq Komitənin (CIML) Məsləhət Qrupunun (inkişaf etməkdə olan metrologiya sistemli ölkələr üzrə) üzvü olub. Hazırda isə EURAMET-in Baş Assambleyasının, WELMEC-in Komitəsinin, Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) Komitəsinin, İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun Metrologiya Şurasının (MC SMIIC) və Körfəz Ölkələri Metrologiya Assosiasiyasının (GULFMET) üzvüdür. Prof.  Z. Džemić elmi fəaliyyəti çərçivəsində 3 kitabın, 20 indeksli jurnal məqaləsinin, 14 beynəlxalq konfrans nəşrinin və 5 SCI (Science Citation Index – Elmi İstinad İndeksi) jurnal icmalının müəllifidir.