/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

TÜBİTAK UME mütəxəssisi tərəfindən AzMİ-də təlimlər keçiriləcək

02.06.2025

23–24 iyun 2025-ci il tarixlərində Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) mütəxəssisi Dr. Enver Sadıkoğlunun iştirakı ilə təlimlər keçiriləcək.

Təlimlər aşağıdakı mövzuları əhatə edəcək:

✅ Qeyri-müəyyənliyin nəzəri əsasları və beynəlxalq standartlar

✅ Laboratoriyalarda qeyri-müəyyənliyin tətbiqi və nümunələr üzərində praktiki təhlil

“AzMİ Akademiya” layihəsi çərçivəsində təşkil olunan təlimlər metrologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər, eləcə də bu sahədə təhsil alan tələbələr üçün nəzərdə tutulub.

📌 Təlimlər ödənişlidir.

📞 (012) 514 96 06 (daxili: 5646)

📧 azmi.akademiya@metrology.gov.az