/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azər Qurbanov

Azər Qurbanov

1971-ci ildə anadan olub.

1989-1994-cü illərdə Azərbaycan Texniki Universitetinin Elektrotexnika fakültəsində avtomatik elektrik rabitəsi ixtisası üzrə təhsil alıb.

1994-1996-cı illərdə “NORD” Elmi-İstehsalat Birliyinin laboratoriya-tədqiqat şöbəsində mühəndis vəzifəsində çalışıb.

1996-2006-cı illərdə müxtəlif özəl şirkətlərdə fəaliyyət göstərib.

2006-2007-ci illərdə “Sənayecihaz” Elmi-İstehsalat Birliyinin konstruktor-tədqiqat şöbəsində mühəndis vəzifəsində çalışıb.

2007-2012-ci illərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin Etalonların planlaşdırılması və inkişafı sektorunda məsləhətçi vəzifəsində işləyib.

2012-2017-ci illərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətində sektor müdiri və rəis müavini (ixtisas dərəcəsi - dövlət qulluğunun kiçik müşaviri) vəzifələrində fəaliyyət göstərib.

2017-2024-cü illərdə “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsdə (PHŞ) baş metroloq, keyfiyyət üzrə menecer, departament direktoru və baş direktorun müşaviri vəzifələrində çalışıb.

2017-ci ildə Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (COOMET) tərəfindən ona “COOMET-in auditoru” adı verilib. (qeydiyyat nömrəsi: COOMET-A.09)

2021-ci ildə “COOMET-in əməkdar metroloqu” fəxri adına layiq görülüb. 2022-ci ildə MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının inkişafına verdiyi töhfələrə görə Fəxri nişanla təltif olunub.

2024-cü ildə COOMET-in “Keyfiyyət Forumu”nun sədri seçilib və həmin ildən etibarən COOMET-in vitse-prezidenti kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 22 iyul 2024-cü il tarixli əmri ilə “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin baş direktorun müavini / Texniki departamentin direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 21 iyun 2025-ci il tarixli əmri ilə Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin baş direktorunun müavini / Texniki departamentin direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 8 iyul 2025-ci il tarixli əmri ilə Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin baş direktorunun müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, iki övladı var.

Digər

Xamis Seyranov
Baş direktor

Xamis Seyranov

Madar Quliyev
Baş direktorun müavini

Madar Quliyev