Xamis Seyranov
1984-cü ildə Salyan rayonunda anadan olub.
2001–2007-ci illərdə Bakı Dövlət Universitetində Hüquq ixtisası üzrə bakalavr, daha sonra magistr təhsili alıb.
2007–2008-ci illərdə hərbi xidmətdə olub.
2010–2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Mülki hüquq ixtisası üzrə aspirantura təhsili alıb.
2009–2010-cu illərdə İsveç Krallığının Malmö Universitetində Qlobal Siyasi Təlimlər proqramının “Avropa maliyyə institutları” istiqaməti üzrə ikinci magistr təhsili alıb.
2016-cı ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
20-dən çox elmi məqalənin və 2 kitabın müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli Sərəncamına əsasən keçirilən “Yüksəliş” müsabiqəsinin 2021-ci ildə qalibi olub.
Əmək fəaliyyətinə 2006-cı ildə “Leqal Alyans” MMC-də hüquqşünas olaraq başlayıb, 2007–2010-cu illərdə isə “Legeon Group” MMC-də hüquqşünas, “Standard Insurance” ASC-də baş hüquqşünas, “Bank Silk Way” ASC-də hüquqşünas, “Baku Advokat Qrupu” MMC-də baş hüquqşünas vəzifələrində çalışıb.
2011–2019-cu illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi müfəttişi, hüquqşünas, baş hüquqşünas, bölmə rəhbəri və şöbə rəisi kimi fəaliyyətini davam etdirib.
2019–2020-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində sektor müdiri, 2018–2021-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində, 2019–2022-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes Məktəbində müəllim olaraq çalışıb.
2020–2024-cü illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 22 iyul 2024-cü il tarixli əmri ilə "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsinin baş direktoru vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı var.