/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndəsi Belarus Respublikasının Minsk şəhərinə səfər edib

16.04.2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndəsi Belarus Respublikasının Minsk şəhərinə səfər edib. Səfər çərçivəsində “Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura”nın (МГС) Metrologiya üzrə Elmi-Texniki Komitəsinin iclaslarında, o cümlədən "Metrologiya-2024" beynəlxalq elmi-texniki konfransda iştirak edib.

MDB ölkələrinin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə milli orqanları nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Belarus Respublikasının Standartlaşdırma üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Dövri yoxlamanın nəticələrinin tanınması Qaydası" və digər mühüm layihələr nəzərdən keçirilib.

Həmçinin ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində normativ sənədlərin hazırlanması ilə bağlı vacib məsələlər müzakirə edilib.