/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşı UTC zaman şkalası üzrə beynəlxalq seminarda iştirak edib

23.12.2024

Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (Bureau International des Poids et Mesures - BIPM) və Asiya-Sakit Okean Metrologiya Proqramı (The Asia Pasific Metrology Programme - APMP) təşkilatının birgə təşəbbüsü ilə Hindistanın Dehli şəhərində “UTC (Universal Time Coordinated) zaman şkalasının yaradılması və GNSS (Global Navigation Satellite Systems) zaman transferi” mövzusunda seminar keçirilib.

Hibrid formada təşkil olunan seminarda ölkəmizdən Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşı Şamxal Abbasov iştirak edib.

BIPM-in Vaxt departamentinin direktoru Patrizia Tavellanın iştirakı ilə keçirilən seminar çərçivəsində vaxt ölçmələrinin mövcud vəziyyəti, milli vaxtın yaradılması, UTC formalaşdırılmasında istifadə edilən texnologiya və riyazi modellər, tətbiq edilən alqoritmlər, verilənlərin proqram paketləri vasitəsilə analiz edilməsi, həmçinin ölçmə metodlarının təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında müzakirələr aparılıb. Habelə vaxt ölçmələri və bu sahədə aparılan elmi araşdırmalarla bağlı bir sıra təqdimatlar nümayiş etdirilib.

AzMİ əməkdaşı UTC zaman şkalası üzrə beynəlxalq seminarda iştirak edib
AzMİ əməkdaşı UTC zaman şkalası üzrə beynəlxalq seminarda iştirak edib