/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşları TÜBİTAK UME-də təlimlərdə iştirak ediblər

30.04.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşları Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunda (TÜBİTAK UME) təşkil olunan növbəti təlimlərdə iştirak ediblər. Təlimlərə AzMİ-nin Temperatur və nəmlik ölçmələri, Kütlə və həcm ölçmələri, eləcə də Elektrik kəmiyyətləri və radiotexniki ölçmələr laboratoriyalarının mütəxəssisləri qatılıblar.

Təlimlər zamanı temperatur ölçmələri üzrə sabit nöqtələrdə standart platin müqavimət termometrlərinin kalibrlənməsi, bu termometrlərin quruluşu və xüsusiyyətləri, həmçinin beynəlxalq temperatur şkalasının (International Temperature Scale of 1990 – ITS-90) sabit nöqtələrinin realizasiyası və ölçmə prosedurları barədə nəzəri və praktiki biliklər əldə olunub.

Bundan əlavə, kütlə ölçmələri sahəsi üzrə kütlə ölçmə vasitələrinin növləri, işləmə prinsipləri və tətbiq sahələri, kalibrlənmədən əvvəl görülən hazırlıq işləri, o cümlədən çəki daşlarının təmizlənməsi, OIML R-111-1 (Beynəlxalq Qanunverici Metrologiya Təşkilatı - OIML) beynəlxalq tövsiyəsinə (standartına) əsasən kalibrlənməsi, bölmə üsulu ilə xətaların hesablanması, dəqiqlik siniflərinin təyin olunması, qeyri-müəyyənliklərin hesablanması, eləcə də qeyri-müəyyənlik büdcəsinin hazırlanması ilə bağlı məlumatlar öyrənilib.

Elektrik ölçmələri sahəsi üzrə isə AzMİ əməkdaşları sabit və dəyişən cərəyanın, eləcə də gərginliyin ölçülməsində istifadə olunan ölçmə vasitələrinin kalibrlənməsi, həmçinin ossilloqrafların kalibrlənmə prosedurları barədə nəzəri-praktiki biliklərə yiyələniblər.

Qeyd edək ki, sözügedən təlimlər AzMİ ilə TÜBİTAK UME arasında 2023-cü ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir və mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına yönəlib.

AzMİ əməkdaşları TÜBİTAK UME-də təlimlərdə iştirak ediblər
AzMİ əməkdaşları TÜBİTAK UME-də təlimlərdə iştirak ediblər