/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Metrologiya İnstitutunun rəhbərliyi Belarus Respublikasının Minsk şəhərinə işgüzar səfər edib.

26.06.2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun rəhbərliyi Belarus Respublikasının Minsk şəhərinə işgüzar səfər edib.

Səfər çərçivəsində rəhbərlik Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (МГС) 65-ci iclasında iştirak edib.

İclasa Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, o cümlədən MDB İcraiyyə Komitəsi və Standartlar Bürosunun nümayəndə heyətləri qatılıb.

İclas zamanı metrologiya, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi, məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılması, elmi-texniki və ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üzrə aktual problemlərin həllinə yönəlmiş məsələlər nəzərdən keçirilib.

Həmçinin MDB-yə üzv olan dövlətlərin milli standartlaşdırma, metrologiya və akkreditasiya orqanlarında aparılan işlər, Şuranın elmi-texniki komissiya qərarlarının icrası, o cümlədən informasiya təminatı və rəqəmsal transformasiya istiqamətində müzakirələr aparılıb.