/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Türkiyə Respublikasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) rəhbəri Mustafa Çetintaş və ekspert Ferhat Sametoğlu ilə görüş keçirilib.

01.07.2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda Türkiyə Respublikasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) rəhbəri Mustafa Çetintaş və ekspert Ferhat Sametoğlu ilə görüş keçirilib.

Görüş zamanı AzMİ-də ilkin olaraq yaradılacaq 12 yeni etalon laboratoriyası üzrə texniki şərtlərin müzakirəsi baş tutub. Həmçinin laboratoriyaların spesifik xüsusiyyətləri, yerləşmələri, quraşdırma işlərinin ətraf mühitə təsirləri və təchiz olunacaq etalon avadanlıqlar barədə məsələlərə nəzər salınıb.

Bundan əlavə UME eksperti və AzMİ nümayəndələri tərəfindən qaz, su və işıq sayğaclarının sınaq laboratoriyalarına (Kommunal Laboratoriyalar MMC, Azərsu və Azərişıq ASC-nin ölçü cihazlarının sınaq laboratoriyaları) baxış keçirilib. Sözügedən laboratoriyalarda məişət və sənayedə istifadə olunan ölçmə vasitələrinin yoxlanılması, bu vasitələrin xəta normalarına uyğunluğunun təyin və təsdiq edilməsi, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi işləri ilə tanış olublar.

Xatırladaq ki, yeni ölçmə imkanlarının artırılması məqsədilə AzMİ-də 12 müasir laboratoriya şəbəkəsinin qurulmasına başlanılıb. Ümumilikdə 27 laboratoriyanin yaradılması və təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsi nəzərdə tutulub.