/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ-də Hacettepe Universitetinin Yüksək Şərəf Məzunu, “Wisconsin–Madison” Universitetinin kimya mühəndisliyi üzrə doktorantı Gursel Qarabağ Abbasla görüş keçirilib

04.08.2024

Azərbaycan Metrologiya İnstitutunda Hacettepe Universitetinin Yüksək Şərəf Məzunu, “Wisconsin–Madison” Universitetinin kimya mühəndisliyi üzrə doktorantı Gursel Qarabağ Abbasla görüş keçirilib.

Görüş zamanı gənc alim İnstitutun etalon bazası, ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyaları ilə yaxından tanış olub. Dövlət etalonlarının saxlanılma qaydaları və kəmiyyət vahidlərinin ötürülməsi barədə məlumatlandırılıb.

Bundan əlavə, Gursel Abbasla İnstitutda yaradılacaq yeni etalon laboratoriyaları və yeni ölçmə imkanları barədə fikir mübadiləsi aparılıb, gənc alimin tövsiyələri dinlənilib.

Gursel Abbas AzMİ-nin bazasında Standart nümunələrin yaradılması üzrə kimya elmi-tədqiqat laboratoriyasının qurulmasına məsləhət xidməti göstərəcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, bakalavr dərəcəsindən birbaşa doktorantura pilləsinə qəbul olunan və Amerika Birləşmiş Ştatlarının 6 universitetindən doktorantura təhsili üçün 2 milyon dollar dəyərində təqaüd qazanan Gursel Abbas kimya mühəndisliyi üzrə bir çox elmi - tədqiqat işlərinin müəllifidir.