/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Avropa Milli Metrologiya İnstitutları Assosiasiyasına (European Association of National Metrology Institutes - EURAMET)

Avropa Milli Metrologiya İnstitutları Assosiasiyasına (European Association of National Metrology Institutes - EURAMET)

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) 2 iyun 2026-cı ildə Avropa Milli Metrologiya İnstitutları Assosiasiyasına (EURAMET) assosiativ üzvlüyü təsdiqlənib. Bununla bağlı qərar Gürcüstanın Tbilisi şəhərində keçirilən EURAMET-in 20-ci Baş Assambleyasının iclasında qəbul olunub.

Avropanın Regional Metrologiya Təşkilatı EURAMET regionun milli metrologiya qurumları arasında əməkdaşlığı koordinasiya edir, beynəlxalq tutuşdurmaların və tədqiqat layihələrinin həyata keçirilməsini dəstəkləyir, həmçinin etalonların ölçmə və kalibrlənmə imkanlarının beynəlxalq səviyyədə tanınmasına xidmət edir. Təşkilatın 37 tam üzvü və 80-dən çox assosiativ üzvü mövcuddur.