Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Avro-Asiya Şurası (Euro-Asian Council for Standardization Metrology and Calibration - EASC)
Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Avro-Asiya Şurası (Euro-Asian Council for Standardization Metrology and Calibration - EASC)
“Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Avro-Asiya Şurası” ilə əməkdaşlığı keçmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparıb. Daha sonra “Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Avro-Asiya Şurası”nın fəaliyyət istiqamətlərini nəzərə alaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Avro-Asiya Şurası”nda ölkəmizi təmsil etməsi məqsədə uyğun hesab edilib.
“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs “Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Avro-Asiya Şurası”nın Metrologiya üzrə Elmi-Texniki Komissiyasının (НТКМетр) iclaslarında mütəmadi iştirak edir. Bu təşkilatda təmsilçilik MDB ölkələri çərçivəsində metrologiya sahəsinin inkişafına şərait yaradır.