Metrik Konvensiya 1875-ci il mayın 20-də Fransanın Paris şəhərində imzalanıb və müasir beynəlxalq metrologiya sisteminin əsasını təşkil edir. Konvensiya çərçivəsində fəaliyyət göstərən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIMP) dünyada ölçmələrin vəhdətinin təmin olunması, beynəlxalq etalonların qorunması və milli metrologiya institutları arasında əməkdaşlığın əlaqələndirilməsini həyata keçirir.
Çəkilər və Ölçülər üzrə Baş Konfransın (General Conference on Weights and Measures - CGPM) 2020-ci il oktyabr ayında keçirilən 109-cu iclasında alınan CIPM/109-10 qərarı ilə ölkəmiz Metrik Konvensiyasına assosiativ üzv olaraq qəbul edilib. 1 yanvar 2015-ci ildə Azərbaycan Metrologiya İnstitutunun "Çəkilər və Ölçülər üzrə Baş Konfrans"a assosiativ üzvlüyü təsdiq edilib. 28 yanvar 2015-ci il tarixində isə “Milli Etalonların və Milli Metrologiya Müsəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq saziş (CIPM MRA) imzalanıb.
17 avqust 2026-cı ildən Azərbaycan Respublikası Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda (BIPM) rəsmi olaraq üzv dövlət statusu əldə edib. BIPM-də üzv dövlət statusu ölkəmizin milli metrologiya sisteminin beynəlxalq səviyyədə tanınmasına, beynəlxalq qərarların qəbulunda iştiraka, qabaqcıl təcrübə və biliklərdən istifadəyə, eləcə də Beynəlxalq Büronun kalibrlənmə xidmətlərindən yararlanmağa imkan yaradır.