/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (Euro-Asian Cooperation of National Metrological Institutes - COOMET)

Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (Euro-Asian Cooperation of National Metrological Institutes - COOMET)

Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (COOMET) 1991-ci ildə yaradılmış regional metroloji qurumdur. Təşkilatın məqsədi ölçmələrin vahidliyi və tələb olunan dəqiqliyini təmin etmək, milli iqtisadiyyatın inkişafına dəstək vermək, beynəlxalq ticarətdə texniki maneələri aradan qaldırmaq, eləcə də Avrasiya ölkələri və digər regionların metroloji xidmətləri üzrə əməkdaşlığın inkişafına şərait yaratmaqdır.

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs 2007-ci ildən COOMET-də ölkəmizi həqiqi üzv qismində təmsil edir. Sözügedən təşkilatla əməkdaşlıq əsasən, fiziki kəmiyyət vahidləri etalonları, qanunverici metrologiya, kalibrlənmə və ölçmə imkanlarının (CMC) beynəlxalq tanınması üçün tutuşdurmalarda iştirak, keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi, texniki komitələrdə fəaliyyət və mütəxəssis hazırlığı istiqamətlərini əhatə edir.