/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Eyvaz Hüseynov

Eyvaz Hüseynov

1984-cü ildə Bakı şəhərində anadan olub.

1990–2001-ci illərdə Bakı şəhəri Xətai rayonu 260 nömrəli orta məktəbdə orta təhsil alıb.

2001–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Gömrük işinin təşkili fakültəsində ali təhsil alıb.

2006–2007-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 2008-ci ildə “Ekol” QSC-də mühəndis vəzifəsində başlayıb.

2010–2011-ci illərdə “AAS Ekol” MMC-də maliyyəçi vəzifəsində çalışıb.

2011–2013-cü illərdə “Azərsu” ASC-də (indiki adıyla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) Layihə İdarəetmə Qrupunun direktor müavini vəzifəsində fəaliyyət göstərib.

2013–2015-ci illərdə “Sənaye-Tikinti” MMC-də direktor müavini vəzifəsində çalışıb.

2015–2017-ci illərdə Türkiyə Respublikasının Bahçeşehir Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.

2017-ci ildə “Azərsu” ASC-nin (indiki adıyla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edib, həmin il idarə rəisi vəzifəsinə təyin olunub.

2017–2018-ci illərdə ABŞ-nin Corc Vaşinqton Universitetində (George Washington University) Layihələrin idarə edilməsi üzrə təhsil alıb.

2018–2024-cü illərdə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nəzdində Nəzarət Ölçü Cihazları İdarəsinin rəisi vəzifəsində çalışıb.

2024–2026-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-də baş direktorun müşaviri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 6 fevral 2026-cı il tarixli əmri ilə “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin baş direktorunun müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, iki övladı var.

Digər

Xamis Seyranov
Baş direktor

Xamis Seyranov

Azər Qurbanov
Baş direktorun müavini

Azər Qurbanov

Madar Quliyev
Baş direktorun müavini

Madar Quliyev