/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Metrologiya İnstitutunda “ROKETSAN” və “AZROKSAN” şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

20.10.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Türkiyə Respublikasının “ROKETSAN” şirkətinin və onun ölkəmizdəki törəmə şirkəti “AZROKSAN” MMC-nin nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı AzMİ-nin laboratoriya infrastrukturu, tətbiq sahələri, beynəlxalq əməkdaşlıqlar, o cümlədən bu istiqamətlərin genişləndirilməsi məqsədilə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Daha sonra “ROKETSAN” və “AZROKSAN” nümayəndələri tərəfindən şirkətlərin fəaliyyət istiqamətləri və istehsal imkanları barədə məlumat təqdim edilib.

Həmçinin görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub, sözügedən şirkətlərin müdafiə sənayesi sahəsində istifadə etdikləri ölçmə vasitələrinin kalibrlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qonaqlar AzMİ-nin laboratoriyalarına baxış keçiriblər. Baxış zamanı laboratoriyaların iş prinsipi, istifadə olunan müasir avadanlıqlar və etalonlar, kalibrlənmə və ölçmə imkanları, eləcə də beynəlxalq standartlara uyğun tətbiq edilən metodologiyalar barədə məlumatlar diqqətə çatdırılıb.