/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşı 2026 “IEC Gənc Mütəxəssislər” proqramında iştirak edib

27.11.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşı Nəzrin Əliyeva Almaniya Federativ Respublikasının Hamburq şəhərində təşkil olunan 2026 “IEC Gənc Mütəxəssislər” proqramında iştirak edib.

Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) 90-cı ümumi iclası çərçivəsində keçirilən proqramın məqsədi gənc mütəxəssislərin beynəlxalq standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində bilik və bacarıqlarının artırılması, onların beynəlxalq texniki fəaliyyətə cəlb olunması və peşəkar əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Proqram çərçivəsində iştirakçılar IEC-in Standartlaşdırmanın İdarəetmə Şurasının (SMB) fəaliyyəti ilə tanış olub, beynəlxalq standartların hazırlanması və razılaşdırılması proseslərini əhatə edən “Bir gündə standart” praktiki təlimində, eləcə də simulyasiya və qrup çalışmalarında iştirak ediblər. Təlim zamanı texniki komitələrin iş prinsipləri, standart layihələrinə rəylərin hazırlanması, konsensus əsasında qərarların qəbulu və uyğunluğun qiymətləndirilməsi mexanizmlərinə nəzər salınıb.

Bundan əlavə, Almaniyanın Lübek şəhərində yerləşən tibbi avadanlıqlar və təhlükəsizlik texnologiyaları sahəsində fəaliyyət göstərən “Drägerwerk AG & Co. KgaA” şirkətinə infotur təşkil olunub, sənaye nümayəndələri ilə görüşlər keçirilib.