AzMİ əməkdaşı COOMET-in Texniki Komitəsinin iclasında iştirak edib
22.10.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşı Müşviq Məmmədov Rusiya Federasiyasında keçirilən Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) "Termometriya və istilik fizikası" (TK 1.10) Texniki Komitəsinin 23-cü iclasında iştirak edib.
İclasa ölkəmizlə yanaşı, Belarusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Slovakiya, Tacikistan və Türkiyənin milli metrologiya qurumlarının nümayəndələri qatılıblar.
İclas zamanı birgə həyata keçirilən və gələcəkdə keçirilməsi nəzərdə tutulan tutuşdurmalar, habelə yeni kalibrlənmə və ölçmə imkanlarının (CMC) əldə olunması prosesləri müzakirə olunub.
Bundan əlavə, AzMİ-nin Temperatur və nəmlik ölçmələri laboratoriyasında görülən təkmilləşdirmə işləri, o cümlədən laboratoriyanın iştirak etdiyi beynəlxalq tutuşdurmalar barədə məlumat verilib.
Göstərilən platformalarda paylaş: