/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşları BIPM və COOMET-in tədbirlərində iştirak ediblər

14.10.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasının əməkdaşları Şamxal Abbasov və Nara Fərzəliyeva Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM) və Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (COOMET) tərəfindən təşkil olunan tədbirlərdə iştirak ediblər.

“BIPM-COOMET UTC” Yay məktəbi proqramı çərçivəsində Koordinasiyalı Universal Vaxtın (UTC) yaradılmasında iştirak edən laboratoriyaların fəaliyyəti, texniki bazası və elmi işləri, müasir atom saatları və onların qravitasiya sahəsinə həssaslığı, peyk sistemlərindən qəbul edilən siqnallara atmosferin təsirləri, habelə saniyənin yeni tərifi məsələsi müzakirə olunub.

COOMET-in “Vaxt və tezlik” Texniki Komitəsinin iclasında isə Ş.Abbasov AzMİ-də vaxt və tezlik ölçmələri üzrə görülən işlər, kalibrlənmə və ölçmə imkanları, tutuşdurmalar və elmi fəaliyyət barədə təqdimatla çıxış edib. İclasda həmçinin COOMET-in vaxt və tezlik sahəsində davam edən layihələri, “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişinin (CIPM MRA) icrası və aktiv tutuşdurmaların vəziyyəti nəzərdən keçirilib.

AzMİ əməkdaşları BIPM və COOMET-in tədbirlərində iştirak ediblər
AzMİ əməkdaşları BIPM və COOMET-in tədbirlərində iştirak ediblər
AzMİ əməkdaşları BIPM və COOMET-in tədbirlərində iştirak ediblər
AzMİ əməkdaşları BIPM və COOMET-in tədbirlərində iştirak ediblər